Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik

Reklam: Sinerji Pro

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən “Roma” – “Qarabağ” (1:0) matçından sonra Qurban Qurbanovun iştirakı ilə təşkil olunan mətbuat konfransında xoşagəlməz anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi oyunla bağlı fikirlərini bildirən zaman “Sky Sport”un müxbiri konfransı kəsib canlı yayıma bağlanıb. Qurbanov da bu məqamda çıxışını dayandıraraq müxbirin canlı yayımını bitirməsini gözləyib. O, bunun üçün təxminən 45 saniyə gözləməli olub. Bu məqamda baş məşqçi müxbirə ona mane olduğuna dair iradını da bildirib.

Məsələ ilə bağlı azərbaycanlı jurnalistlər “Roma”nın baş məşqçisi Eusebio Di Françeskoya “eyni situasiya ilə siz qarşılaşsaydınız, buna münasibətiniz necə olardı?” sualını verib. O isə belə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

www.yenicag.az

8763
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS