Məşhur tennisçi dünyasını dəyişdi
Tennis qabiliyyəti ilə yanaşı, gözəlliyi ilə də tanınan məşhur tennisçi Violetta Degtiareva, 23 yaşında ürək çatışmazlığından həyatını itirib.
Gələcəyin Anna Kournikovası kimi adlandırılan idmançının gözlənilməz ölümü, tennis aləmində şok təsiri yaradıb.
Dünya sıralamasında 947-ci sıraya qədər yüksələn və ən böyük uğurunu Türkiyədə keçirilən Beynəlxalq Tennis Turnirində (ITF) dörddə bir finala çıxaraq həyata keçirən Violetta Degtiareva, gözəlliyi səbəbindən ən çox tanınan tennisçilər arasında yer almışdı.
Degtiarevanın Amerika mediasına da əks olunan ölüm xəbərində, gənc idmançının məşq zamanı ürək böhranı keçirərək yerə yıxıldığı və xilas edilə bilmədiyi qeyd olunub.