Məşhur “Turan” qrupu “Çölçü Obasında” – VİDEO

Serik Nurmoldayev, Abzal Arıkbayev, Ərjiqit Əliyev, Bauırjan Bekmuxanbetov, Maksat Medubek. Bu 5 Qazaxıstanlı gəncin adını yəqin ki, çoxları bilmir. Amma artıq bütün dünyada tanınan “Turan” ansamblının adını yəqin ki, eşitməyən yoxdu.

Yenicag.az xəbər verir ki, etnik adətlərimizin, folklorumuzun, ümumilikdə isə soykökümüzlə gələnəksəllərin dirçəldilməsində daim maraqlı olan “Çöldə Yaşam Öyüdləri” verilişinin yaradıcı-yönətməni Eltən Qədimbəylinin “Çölçü Obasında” bu dəfəki qonağı “Turan” ansamblı olub.

Türk xalqlarına məxsus 20 qədim musiqi alətlərində ifa etmə bacarığına sahib etnik folklor musiqiçiləri öz uğur hekayələrini verilişin izlıyiciləri ilə paylaşıblar. Gənc olmalarına baxmayaraq, artıq dünyanın çox ölkəsində uğurla çıxış edən gənclərin bu ansamblı yaratmaqda əsas hədəflərinin nə olduğu, toplum üçün hansı yararlarının olduğunu da izləyicilər bu verilişə baxdıqdan sonra anlayacaqlar. Etnik folklor musiqisi həvəskarları üçün isə bu veriliş əsl ərmağan olacaq.

Verilişi izləyən seyrçilər qazaxıstanlı 5 gəncin 10 il ərzində yaradıcılıq pillələrində büdrəmədən uğurla irəliləməklərinin sirrini öyrənməklə yanaşı, onların ifasında canlı musiqi dinləmək imkanı da qazanaqlar. (turkustan.info)

COP29