!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhurlar bloqer olayı haqqında: “Hüseynin arxasınca düşdüyünüz kimi...” - ETİRAZ

!Reklam – Yazi

Rusiyada yaşayıb fəaliyyət göstərən məşhur bloqer Hüseyn Həsənovun Bakıda izləyiciləri ilə görüşü zamanı yaşanan izdihamla bağlı hələ də sərt tənqidi fikirlər səsləndirilir.

Yenicag.az xəbər verir ki, sənət adamları sosial şəbəkə hesablarında izdihama toplaşan gəncələrə irad bildiriblər.

Aktyor Elşən Hacıbabayev bloqerlə görüşə gedən gəncləri kinoya, teatra getməməkdə qınayıb:

“Hüseyn Həsənovun arxasınca düşdüyünüz kimi teatra, kinoya, muzeyə getsəydiniz…”

Aktyor Natiq Fərzəliyev baş verənləri bir kəlmə ilə ifadə edib:

“Biabırçılıq”.

Tanınmış aparıcı və bloqer Mir Səməd bir telefona görə yaşananlardan təəssüflənib:

“Ticarət mərkəzindəki olay barədə dünən yalnız tənbəllər yazmadı. Onların arasında mən də vardım. Mənə maraqlıdır, məmləkət uşaqlarını belə yazıq, həris, telefondan ötrü biçarə vəziyyətə düşən görkəmdə nümayiş etdirmək kimə lazım idi…?! Maska qadağasını qoyaq bir qırağa, bu qədər insanın bir yerə cəm olması zamanı, Allah eləməsin, bir hadisə baş versəydi, kimin üzərində qalacaqdı məsuliyyət…?”

Əməkdar artist Firdovsi Atakişiyev isə həmin mənzərəni məşhur filmindəki görüntülərlə müqayisə edib:

“Ətriyyatçı” filmini xatırladım, bu ən yaxşı versiyasıdır. Ən pisi isə odur ki, sanki Şeyx Nəsrullah söz verib: Onların ölən yaxınlarını dirildəcək. Bir sözlə, “Zombi dünyası”.

Aparıcı Leyla Quliyeva da alış-veriş mərkəzindən olan görüntülərə, “Nəyə və kimə görə? İnsan qüruru harada qaldı bəs? Bir məşhur məsəl var, yaxşı at özünə qamçı vurdurmaz. Bəs insan necə, qamçılanar?” – deyə münasibət bildirib.

Cəvahir

www.yenicag.az

1194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv