!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhurluqla adamlıq arasında fərq… - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” üçüncü sezonunun üçüncü buraxılışı ilə görüşünüzə gəlib.

Budəfəki mövzu Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin  sosial şəbəkədə sevinclə “yaxşı nümunə” kimi təqdim etdiyi paylaşımı ilə bağlıdır.

Buraxılışın videosu:

Buraxılışın mətni:

Əvvəla, biznes salondan kənara nəsə götürmək qeyri-etikdir. Uzağı, bir suyu götürməyə bir şey demirlər. Ancaq iki-üç şüşə götürən kim olursa-olsun, yaxşı gözlə baxılmır. Nəzərə alsaq ki, biznes salonda oturan təyyarədə də biznes klassda uçur, o 2-3 şüşəyə ehtiyac yoxdur. Çünki biznes klassda yerini isitməmiş, stüardessalar portağal suyunu servis etməyə başlayır, – Cem Yılmaz demişkən. Yəni, bu hərəkəti belə qlamur yazıçımızın içindəki və bəyənmədiyi, yuxarıdan aşağı baxdığı “çuşka”dan xilas ola bilmədiyini göstərir.

Biznes salondan çırpışdırdığı su ilə uşaq sevindirməsi isə “hamam suyu ilə dost olmağı”, bunu vacib bir şey kimi bildiyi bütün dillərdə statusa çevirməsi isə yumşaq ifadəylə daxili kasıblıq nümunəsidir.

İnsan nə qədər yaxşılıq etməkdən, kasıba əl tutmaqdan yoxsul, nə bilim ac qonşusundan bixəbər olmalıdır ki, belə bir addımını “yaxşı nümunə” kimi hər dildə yayınlamalıdır.

Bəli, dünya şöhrətli yazıçı olmaq heç də həmişə yaxşı insan olmaq anlamına gəlmir. Bunu bizə əlli yaşında bir təyyarə dostunu Parisə kef çəkməyə aparan, ancaq bir kasıb uşağına maliyyətinə pul vermədiyi suyu verməklə özünü reklam edən Çingiz müəllim göstərdi. Bax, buna görə, təşəkkürlər, moy doroqoy…

***

Qeyd edək ki, yayında olduğu iki sezon hər həftənin şənbə günü görüşə gələn “A-dan Z-yə Aqil Ələsgərlə” proqramının format və tarixi ilə bağlı yenilik olub. Belə ki, proqram bu sezonda həftə sonu deyil, həftəiçi, aktual mövzulardan asılı olaraq, bir neçə dəfə görüşünüzə gələcək.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv