Messi ən yaxşı mükafatdan imtina etdi
Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunda Paraqvayla oyunda ən yaxşı mükafat almaqdan imtina edib.
Yenicag.az xəbər verir ki, təşkilatçılar ikinci ən yaxşı oyunçu kimi mükafatı Paraqvay hücumçusu Nelson Valdesə veriblər. Bu hərəkətinə görə Messiyə hər hansı cəza veriləcəyi məlum deyil.
Amerika Kubokunun qrup mərhələsində keçirilən görüşdə Paraqvay 2:0 qabaqda olsa da, Messi hesabı bərabərləşdirə bilib.
Qeyd edək ki, Amerika Kuboku 11 iyundan 4 iyulacan Çilidə keçiriləcək.