“O, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının qalibi olmaq istəyir”.
“Barselona” yığmasının ulduz futbolçusu Lionel Messi Argentina millisinə qayıdır. Ans press-in məlumatına görə, futbolçu fikrini dəyişib. Bu barədə “La Nacion” məlumat yayıb.
“Messi qayıdacaq. O, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının qalibi olmaq istəyir”. Məlunata görə, bu sözləri adını gizli saxlayan Messinin sabiq komanda yoldaşı məlumatı mediaya ötürüb.
“Kopa Amerika” çempionatı çərçivəsində Messi sonuncu dəfə Argentina-Çili qarşılaşmasında milli formanı geyinmişdi. Matçın əsas hissəsi heç-heçə bitdiyi üçün rəqiblər penalti zərbələri ilə oyunun talehinə aydınlıq gətirmək məcburiyyətində qalmışdılar.
11 metrlik zərbələr seriyasında Messi qol vura bilməmişdi. Komandasının məğlubiyyətindən sonra Messi milli kariyerasına son qoyacağını açıqlamışdı.
Lakin, ölkə prezidenti Maurisio Marki də ona “Twitter” səhifəsində ona dəstəyini bildirib və Messinin milli komandada qalmasını istəyib.
www.yenicag.az