Messinin müqaviləsindəki xüsusi bənd açıqlandı

media-hightechnic-468x90

MLS təmsilçisi “İnter Mayami”də çıxış edən Lionel Messinin müqavilə detalları məlum olub.

Yenicag.az xəbər verir ki, klubun sahibi Xorxe Mas argentinalı ulduzun illik qazancı və müqaviləsindəki xüsusi bəndi açıqlayıb.

İş adamı “Forbes”ə açıqlamasında, Messinin “İnter Mayami”dən ildə 50-60 milyon dollar qazandığını deyib. Digər tərəfdən, argentinalı ulduzun müqaviləsində onun futboldan ayrılması ilə bağlı xüsusi bənd də var. Belə ki, Messinin müqaviləsində futboldan ayrıldıqdan sonra “İnter Mayami”də menecer kimi işləyə biləcəyi ilə bağlı bənd də salınıb.

Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ildə başa çatacaq. Messi bu mövsüm MLS komandasının formasında altı oyun keçirib. Təcrübəli futbolçu bu görüşlərdə altı qola iki məhsuldar ötürməyə imza atıb./qaynarinfo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa