Mətanət kişiləri TOPA TUTDU: "Arvad sizin qulluqçunuzdur?"
“Heç vaxt mənə xəyanət edən kişini bağışlamaram”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva öz verilişində deyib. O, xəyanətə haqq qazandıran kişiləri topa tutub:
“Heç vaxt mənə xəyanət edən kişini bağışlamaram. Xəyanət bağışlanmazdır, bu, birmənalı belə qəbul olunmalıdır. Xəyanət edən kişi heç uşaqlarına da hörmət etmir. Mən belə qəbul edirəm. Yazıq deyil o qadın? Qadın kişilərin qulluqçusudur, nədir? Bir şey olmamış deyirlər, biz kişiyik, xəyanət edirik. Xəyanəti kişilik sayırsız? Mən onu kişilik saymıram. Arvad bağışlayacaq, kişi ikinci, üçüncü dəfə yenə xəyanət edəcək. Ona görə də xəyanət bağışlanmamalıdır”.
Nehru












