Mətbuat Şurasının növbəti qurultayı nə zaman olacaq?

media-hightechnic-468x90

qarshimdaki_reket_qezetlerin_siyahisidriYenicag.az-a açıqlamasında Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bildirdi ki, “Son qurultayımız keçən il, yəni  2013-cü ildə keçirilib. Nizamnaməyə görə, qurultay 4 ildən bir olmalıdır. Bu mənada növbəti qurultayın 2017-ci ildə olacağı gözlənilir”. Qurultaydan sonra qəbul olunan üzvlərlə bağlı da danışan R.Hüseynzadə bildirdi ki, “Ötən qurultadan keçən müddət ərzində şuraya 30-dan artıq yeni üzvlər qəbul olunub. Onların da əksəriyyətini bölgə mətbuatı təşkil edir. Özümüz də hazırda bu istiqamətdə bölgələrə daha çox diqqət yetiririk. Çünki, bölgə mətbuatının qayğı və diqqətə daha çox ehtiyacı vardır. Çalışırıq ki, həmin ehtiyacdan irəli gələn vəzifənin öhdəsindən layiqincə gələ bilək. Növbəti qurultayda hansısa yeniliyin olub-olmayacağı haqda isə indidən bir söz deyə bilmərik”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600