Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Metroda polis və sərnişinlər arasında mübahisə yarandı

Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasında polis əməkdaşları ilə sərnişinlər arasında insident baş verib.

Yenicag.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

İki polis əməkdaşının sərnişinlərdən biri ilə mübahisə edərək, onu vaqondan çıxarmağa çalışması qatarın hərəkətinin gecikməsinə səbəb olub.

İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etmədiyi üçün polis ona irad bildirib və mübahisə bu səbəbdən yaranıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) “Report”a bildirilib ki, sözügedən videogörüntülərlə bağlı araşdırma aparılır./Report/

 

www.yenicag.az

354