Metronun “Həzi Aslanov” stansiyasından “Dərnəgül”ə gedən qatarda 4 dəqiqəlik yubanma olub.
Bu barədə Yenicag.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədovun sözlərinə görə, yubanma nasazlıq ehtimalı ilə bağlı olub: “Səhər, təxminən, 8.30-da “Həzi Aslanov” stansiyasında maşinist qatarda nasazlıq ehtimalı ilə əlavə baxış keçirib”.