Metrodakı “sehrli səsin” sahibi məlum oldu

media-hightechnic-468x90

Metro“Qapılar bağlanır, növbəti stansiya “Elmlər Akademiyası”… Bu sözləri Bakı metrosunda hər gün eşidirik. Qulağımıza necə deyərlər, “sırğa olan” bu bir neçə kəlmədən yəqin ki, kimsə əsəb gərginliyi keçirmir. Çünki hamı o səsə çoxdan öyrəşib. Bəs o məlahətli səsin sahibi kimdir?
Modern.az saytı bu “sehrli səsin” sahibinin kimliyini dəqiqləşdirməyə çalışıb.

“Bakı Metropoliteni” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev çoxlarını maraqlandıran səs sahibinin adını açıqlayıb. O, Modern.az-a deyib ki, metro qatarı hər dəfə yola düşəndə sərnişinləri qapıların bağlanacağından və qarşıda hansı növbəti stansiyanın gələcəyindən xəbərdar edən “gözəgörünməz xanım” İradə Ələkbərqızıdır.

İradə Ələkbərqızı həm də “Azərlotereya”nın oyunlarında tirajlar barədə məlumatları səsələndirən xanımdır.

İradə Ələkbər qızı Ağayeva 2006-cı ildə Milli Teleradio günündə – Azərbaycanda radionun yaranmasının 80, televiziyanın yaranmasının isə 50 illiyi münasibətilə ölkə başçısının sərəncamı əsasında “Əməkdar artist” fəqri adına layiq görülüb.  Televiziyada efir mətnlərini səsləndirən İradə xanım heç vaxt görüntülənmir…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600