Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Meymunun oğurladığı telefonla yaratdığı “ƏL İŞLƏRİ” – VİDEO

20 yaşlı gəncin telefonunu oğurlayan meymun maraqlı video və selfi çəkib.

Yenicag.az xəbər verir ki, Malayziyalı Zekridz Rodzi səhər yuxudan oyandıqda, mobil telefonunu tapa bilməyib.

Onu itirdiyini düşünən Rodzi telfonuna zəng edib və səsin evin yanındakı meşədən gəldiyini eşidib. Səsə doğru gedən gənc telefonunu palçığın içində tapıb.

Telefonun qalereyasını açdıqda isə meymun təsvirlərini görüb. Belə ki, meymun telefonu oğurlayaraq öncə selfi, daha sonra isə telefonu dişləyərkən video çəkib.

Geridə isə bu maraqlı kadrlar qalıb:

 

www.yenicag.az

969