Meymununu evləndirdi
Hindistanın Bettiah şəhəri yaxınlığında Ramu və Ramdullari adlı iki meymunun təntənəli nikah mərasimi baş tutub.
Mərasim onların sahibi Udeş Mahto tərəfindən təşkil olunub.
O, pullarına heyfsilənməyərək toya bütün kənd əhlini və qonşu şəhərlərin sakinlərini də dəvət edib.
Udeş bildirib ki, Ramu ona oğul kimidir. Sahibi əvvəlcə Ramu üçün Ramdularini alıb. Sonradan onların bir-birini sevdiyini görüb evləndirmək qərarına gəlib.
(gun.az)