Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Mikayıl Cabbarov: “POS-terminalların quraşdırılmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutulumur

“2016-ci illə müqayisədə POS-terminallarının sayında 16 faiz azalma olub”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir çıxışında ölkədə nağdsız hesablaşmalarla bağlı vəziyyətə aydınlıq gətirib: “Ölçü meyarı dinamikasını nümayiş etdirmək üçün 2018-ci illə müqayisədə qeyd edə bilərəm ki, nağd pul kütləsinin cəmi pul kütləsində çəkisi 60,1 faizdən 51,9 faizə qədər azalıb. Bu rəqəm dinamikanın hansı şəkildə olduğunu aydın göstərir. 2016-ci illə müqayisə də POS-terminallarının sayında 16 faiz azalma olub.

Qeyd edim ki, hazırda 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur. Bu da ən yüksək göstərici hesab olunur. Xatırladım ki, POS-terminalların quraşdırılması prosesində 3 tərəf iştirak edir. Nağdsız hesablaşmaların aparılmasında tərəflərin hansının maraqlı olduğuna baxmalıyıq. Bilirsiniz ki, bu məsələdə sahibkarlar komissiya haqları ödəyirlər. Bu rəqəm 1,29 – 2,37 faiz arasında dəyişir. Bizdə tariflər yüksək deyil. Dövlət buna müdaxilə etmir.

İkinci məsələ, cəzasızlıq mühitidir. Mövcud qanunvericilik post –terminalların quraşdırılmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicələrinə əsas olaraq bəhanələr gətirir. Vergilər Nazirliyi cəza məsuliyyətinin olması üçün təşəbbüslə çıxış edib. Amma qurumlar arasında razılıq əldə olunmayıb. Əgər Mili Məclis təşəbbüs edərsə, həmin qanun layihəsini təqdim etməyə hazırıq”

www.yenicag.az

2253
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM