Mikayıl Cabbarov: Tibbi maska istehsal edən müəssisələr fəaliyyətə başlayacaq - VİDEO

media-hightechnic-468x90

“Həm koronavirusun, həm dünya bazarlarında neftin qiymətlərinin dəyişməsindən irəli gələrək, biz il ərzində iqtisadi fəallığın dəstəklənməsi alətlərini araşdırırıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov dilə gətirib.

Onun sözlərinə görə, bunlardan biri də yerli istehsalın artırılması, yerli istehsala əlavə sifarişlərin verilməsi, o cümlədən, dövlətin resurslarından, maliyyə vəsaitlərindən istifadə etməkdir.

Son vaxtlar istehlak bazarında tibbi vasitələrə, spirt və tibbi maskalara tələbatın artmasından söz açan nazir qeyd edib ki, hazırda bu məhsulların təchizatında heç bir problem yoxdur.

M.Cabbarov vurğulayıb ki, yaxın həftələrdə tibbi maskaların istehsalı üzrə müəssisə işə düşəcək:

“Ölkəmizdə irihəcmli tibbi maska istehsal edən müəssisələr fəaliyyətə başlayacaq. Avadanlıqlar alınıb”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600