Mikayıl Cabbarov: “Vergilərin aşağı salınmasına baxılır” – Yenicag.Az

Reklam

Reklam

Azərbaycanda vergi dərəcələrinə yenidən baxılaraq vergi yükünün azaldılması nəzərdən keçirilir.

Yenicag.az xəbər verir ki, bu barədə vergilər naziri Mikayılç Cabbarov iyunun 12-də Vergilər Nazirliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) birgə təşkilatçılığı ilə qurumun üzvləri və sahibkarlarla görüşdə bildirib.

Tədbirdə çıxış edən “AHK Azərbaycan”ın icraçı direktoru Tobias Bauman deyib ki, ticarət dövriyyəsinin həcminə görə, hazırda Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 5-ci yerdədir. İqtisadi əlaqələrin möhkəmlənməsində “AHK Azərbaycan”ın fəaliyyətinin mühüm əhəmiyyəti var. T.Bauman ölkəmizin vergi sistemində son dövrlərdə aparılan islahatlara diqqət çəkərək, bu islahatların biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi yükünün azaldılması və vergilərin optimallaşdırılması, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib.

Görüşdə vergilər naziri Mikayıl Cabbarov “Biznesə yeni yanaşma” mövzusunda çıxış edərək bildirib ki, hazırda vergi sistemində vergi inzibatçılığı təkmilləşir və struktur islahatları aparılır, eyni zamanda, qanunvericiliyə dəyişikliklər də hazırlanır.

M.Cabbarov bildirib ki, ən vacib yeniliklərindən biri yeni apelyasiya institutunun yaradılmasıdır. Bu struktur vergi orqanı ilə vergi ödəyiciləri arasında mübahisələrin ədalətli şəkildə həll olunması və şəffaflığın təmin olunmasına, vergi orqanlarından şikayətlərə obyektiv və vaxtında baxmaqla vergi ödəyicilərinin etimadının artırılmasına xidmət edəcək.

İslahatların digər mühüm istiqamətlərindən biri vergi auditinin təkmilləşdirilməsidir. Bu məqsədlə yaradılmış audit departamenti yoxlama və nəzarət tədbirlərinin vahid mərkəzdən idarə olunması, yoxlamaların koordinasiyası, rəqəmsal texnologiyalara əsaslanan təkmil risk qiymətləndirilməsinin həyata keçirilməsi, yoxlamaların keyfiyyətinin artırılması, audit sistemin şəffaf, effektiv və keyfiyyətli qurulmasına imkan yaradacaq. Risklərin qiymətləndirilməsi meyarı vergi orqanı əsas fəaliyyət istiqamətlərindən olacaq.

Nazir qeyd edib ki, islahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin aparılması məqsədilə ixtisaslaşmış strukturlar yaradılıb. Yeni institusional struktur vergi siyasətini dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmış analitik potensial üzərindən qurulmasına yardım edəcək. Makro və mikro səviyyədə iqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması mümkün olacaq. Bu siyasət kiçik və orta sahibkarlığın dəstəklənməsinə, vergitutma bazasının genişlənməsinə, vergi mədəniyyətinin gücləndirilməsinə öz töhfəsini verəcək.

Bildirilib ki, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vergi ödəyiciləri ilə əlaqələrin yeni müstəvidə qurulması aparılan islahatların əsas prioritetlərindəndir.

Vergi yükü ilə bağlı məsələyə diqqət çəkən vergilər naziri qeyd edib ki, fiskal dərəcələrin aşağı salınması, bəzi vergi dərəcələrinin optimallaşdırılması yolu ilə vergi yükünün azaldılması nəzərdən keçirilir. Bu islahatlar qeyri-rəsmi məşğulluğun qarşısının alınması, şəffaflığın təmin edilməsi, könüllü əməletmənin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. M.Cabbarov yeni vergi sisteminin sahibkarlar üçün əvvəlcədən proqnozlaşdırıla bilən və şəffaf vergi mühitinin yaranmasına xidmət edəcəyini vurğulayıb.

Sonra tədbirdə qarşılıqlı maraq doğuran və iş adamlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Vergilər Nazirliyinin nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1658
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."