Millət vəkili Fəzail İbrahimli Masallıda seçicilərlə görüş və qəbul keçirdi - FOTO

media-hightechnic-468x90

Milli Məclisin deputatı professor Fəzail İbrahimli 2026-cı ilin 22 yanvar tarixində seçicilərlə görüş və seçici qəbulu həyata keçirdi.

Görüş Masallı rayonunun Təzə Alvadı inzibati ərazisinə daxil olan Əhmədli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəm Abuşovun adını daşıyan Əhmədli kənd orta məktəbində baş tutdu. Tədbirdən öncə millət vəkili Fəzail İbrahimli Əhmədli kəndində Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib şəhid qəbirlərinin üzərinə gül dəstələri qoydu. Millət vəkili həmçinin məktəbin şəhidlər güşəsini də ziyarət etdi.

Sonra millət vəkili Əhmədli və ətraf kəndlərin seçiciləri ilə görüş keçirtdi. Görüşdə seçicilər müxtəlif məsələlərlə bağlı şikayət və təkliflərini səsləndirdilər. Millət vəkili hər bir seçicini ayrı-ayrılıqda dinləyərək onların hər birini narahat edən problemi ətraflı araşdırmağa səy göstərdi. Seçiciləri narahat edən məsələlər əsasən, işsizlik və məşğulluq məsələləri, sosial təminat, torpaq, elm və təhsil, sahibkarlıq, nəqliyyat və kommunikasiya və bir sıra digər sahələri əhatə edirdi.

Daha sonra qəbul baş tutdu. Qəbulda iştirak edən seçicilər onları narahat edən müxtəlif məsələlərlə bağlı şikayət və təkliflərini millət vəkilinə çatdırdılar. Deputat tərəfindən həmin məsələlərin həlli ilə bağlı mövcud qanunvericilik onlara izah edildi. Bəzi məsələlər qəbulda iştirak edən icra nümayəndəsi ilə birlikdə müzakirə edilərək yerindəcə həll edildi. Bir sıra məsələlərin həlli ilə bağlı parlamentdə məsələ qaldırmağın vacib olduğu vurğulandı və qeyd edildi ki, bəzi qanun layihələri üzərində parlamentdə iş getməkdədir. Həmçinin millət vəkili seçicilərə də müraciət edərək qarşılaşdıqları hər hansı neqativ hallarla bağlı ona və aidiyyatı orqanlara vaxtında məlumat verilməsinin vacibliyinə toxundu. Bəzən gecikmiş məlumatlar məsələlərin vaxtında və operativ həllinə mane olur. Bu baxımdan cəmiyyətdə ictimai nəzarətin mühüm əhəmiyyət kəsb etməsi bildirildi. Millət vəkili qeydə aldığı məsələlərlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət ediləcəyini və mövcud qanunvericilik çərçivəsində məsələlərin həlli istiqamətində addımların atılacağı seçicilərin diqqətinə çatdırdı.

Qəbulda həmçinin Masallı rayonu İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Abdullayev də iştirak etmişdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa