Millət vəkili idman saxtakarlığından yazdı
“Lazım olanda ölkəmizi təmsil etməyə peşəkar kik-boksçu tapa bilmirik. Biri xəstələnir, birinin zədəsi olur, biri hazır olmur. Sonra bir də görürsən ki, yuxarıda sadaladığım idmançılar, dünya çempionu kimi və yaxud dünya kəmərinin sahibi kimi peyda olublar”.
Bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev öz Facebook hesabında yazıb. Millət vəkili belə halları biabırçılıq adlandırıb: “Azərbaycan çempionu ola bilməyən necə olur ki, dünya çempionu olur? Və yaxud Azərbaycan kəməri qazana bilməyib necə dünya kəmərinə sahib ola bilir? Belə biabırçılıq acaq bizdə olur. Sonra bu saxta çempionlar əziyyət çəkən idmançıların haqqını yeyirlər, onlara düşən dövlət mükafatına sahib çıxırlar. Belələrinə nə ad verəsən?”(aznews).