!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkili Şahin Seyidzadə növbəti videoqəbul keçirdi - FOTO

!Reklam – Yazi

“Bu gün Azərbaycan Respublikası Milli Məclisində təmsil etdiyim Abşeron və Qobustan rayonları üzrə müraciətlər əsasında keçirilən videoqəbulda 15 vətəndaş iştirak etdi”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

“Abşeron rayonu (Ceyranbatan, Hökməli, Saray qəsəbələri və Novxanı kəndi) və Qobustan rayonundan (Çuxanlı, Nabur, Şıxzahırlı, Təsi və Xilmilli kəndləri) infrastruktur, kommunal xidmətlər, sosial müavinət, idman, hüquq, əmlak və ictimaibirlik məsələləri üzrə daxil olan müraciətlər əsasında sakinlərimizin qəbulu həyata keçirildi”, deyə millət vəkili vurğulayıb.

“İlkin olaraq müraciətlər əsasında ətraflı fikir formalaşdırılması üçün suallar verildikdən sonra növbəti addımların təyin edilməsi ilə bağlı danışıqlar aparıldı.

Qeyd edim ki, xüsusi karantin rejiminin şərtlərini nəzərə alaraq videoqəbullar onlayn formada keçirilməyə davam edəcəkdir”.

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv