Millət vəkili təzyiqlərə qarşı etirazını bildirdi
“Bu gün Türkiyəyə olan təzyiqlərə qarşı etirazımı bildirmək istəyirəm”
Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Zahid Oruc bildirib.
Deputat Kobanidə baş verən olaylara münasibət bildirərək Qərbin Türkiyəyə iradlarının əsassız olduğunu deyib:
“İndi Türkiyə nə etməlidir? Orada baş verən xaos Türkiyə ilə əlaqədar deyil. Qərb maraqlıdırsa, islamı cihadçıların əlindən almaq istəyirlərsə, o zaman özləri birinci ora daxil olsunlar. Biz qərb dairələrini İraqa daxil olmağa çağırırıq. Biz parlament üzvü olaraq Türkiyənin bu soyuqanlı addımını dəstəkləyirik. Türkiyə olan təzyiqləri pisləyirik. Mənəvi cəhətdən Türkiyənin yanındayıq”.