Millət vəkillərindən Almaniyaya bəyanat

media-hightechnic-468x90

milli meclis esas dfvgbn5“Azərbaycanda siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, bütün qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən dəstək verilir”

Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasının iştirakçısı olan eputatlar Almaniya Bundestaqının 2015-ci il iyunun 12-də Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməyə dair bəyanat qəbul ediblər.

Bəyanatda bildirilir: “Azərbaycan və Almaniya dövlətləri arasında münasibətlərə xələl gətirməyə, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa yönələn qərəzli və həqiqətdən uzaq bir sənəd hesab edir, ölkəmizə qarşı bu kinli və pis niyyətli aksiyanı qətiyyən qəbul etmədiyimizi bildiririk.

Bizə yaxşı məlumdur ki, son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirilir. Bizə bunun səbəbləri də məlumdur. Bu, bir tərəfdən Almaniyadakı erməni lobbisinin təsiri ilə bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli münasibətlərdə gərginlik yaratmış “Ştrasser məsələsi”nə görə Almaniyanın bəzi siyasi dairələrinin Azərbaycandan qisas almaq niyyəti ilə bağlıdır.

Azərbaycan parlamenti tərəfindən dəfələrlə bəyan edilib və indi biz bir daha bəyan edirik ki, heç bir qarayaxma aksiyası və ya aksiyaları Azərbaycanı insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik dövlət quruculuğu yolundan döndərə bilməz. Bu yolda qarşıya çıxan çoxsaylı maneələrə, təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan demokratik dəyərlərə sadiqdir və sadiq olaraq qalacaq.

Ayrı-ayrı şəxslərin, o cümlədən hüquq müdafiəçilərinin, vəkillərin, jurnalistlərin, bloggerlərin və digərlərinin konkret cinayət əməlləri törətdiklərinə görə məsuliyyətə cəlb edilməsini insan hüquqlarının mütəmadi surətdə pozulması hesab etməyi qeyri-obyektiv və birtərəfli yanaşmanın bariz nümunəsi kimi qiymətləndiririk.

Almaniyanın özündə də hər hansı başqa qurumlar, o cümlədən icra strukturları məhkəmələrə cinayət törətmiş şəxsləri azad etmək və ya məsuliyyətə cəlb etməmək barəsində göstəriş verə bilməz. Bu, hər bir hüquqi dövlətin təməl prinsipidir.
Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunmasının səmərəli mexanizmi var. Ölkəmizdə müəyyən edilmiş məhkəmə prosedurları məhkəmə qərarları ilə razı olmayan şəxslərin Avropa Məhkəməsinə müraciət etməsinə təminat verir.

Bu gün Azərbaycanda siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, bütün qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən dəstək verilir və onların normal fəaliyyətinə lazımi şərait yaradılıb.

Azərbaycanda dini icmaların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb.

Almaniya Bundestaqının qətnaməsində Azərbaycan ərazisinin bir hissəsinin işğal olunduğu faktı etiraf edilsə də, Almaniya dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvü kimi heç bir əməli tədbir görməməsi, hətta Avropanın bir sıra dövlətləri sırasında təcavüzkarı öz adı ilə çağırmaqdan imtina etməsi onun Azərbaycan barəsində qeyri-səmimi mövqedə dayandığını göstərir.

Bütün bunları nəzərə alaraq, biz Azərbaycan hökumətinə müraciət edirik ki, Almaniya Bundestaqının 2015-ci il 12 iyun tarixli qətnaməsindən müvafiq nəticələr çıxarsın, ilk addım olaraq, bu yaxınlarda Azərbaycana səfəri nəzərdə tutulan Almaniya rəsmi nümayəndə heyətini yüksək səviyyədə qəbul etməsin”(AZƏRTAC).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600