Ermənistan nümayəndə heyəti sabah Bakıya gəlir

media-hightechnic-468x90

Erməni ekspertlərdən ibarət nümayəndə heyəti noyabrın 21-də Bakıya səfər edəcək. 

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.

Bildirilib ki, Ermənistan hökumətinin bu gün baş tutan iclasında noyabrın 21-22-də Bakıda keçiriləcək dəyirmi masada 5 ekspertin iştirakını təmin etmək barədə qərar qəbul edilib.

Bununla əlaqədar olaraq, İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərini təşkil etmək məqsədilə 17 milyon 550 min dram (təxminən 78500 AZN) ayrılıb.

Qərarın əsaslandırılmasında deyilir ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları aktivləşdirməyə və iki dövlətin cəmiyyətləri arasında etimadın gücləndirilməsi mexanizmlərini formalaşdırmağa imkan verəcək.

Xatırladaq ki, oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Dəyirmi masada Azərbaycan tərəfini Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, 1news.az xəbər portalının baş redaktoru Kəmalə Məmmədova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa