Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Millətin müqavimət qabiliyyəti onun dini inancındadır” – Sərdar Cəlaloğlu

Reklam: High Technic

Partiya sədri dünyada gedən qlobal mübarizənin kökündə məhz dini təəssübkeşliyin dayandığını deyir.

Yeniçağ.Az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) mayın 28-də keçirilmiş qurultayında çıxış edən Demokart Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycanın xristian dünyası ilə üz-üzə qaldığını bildirib:

“Açıq demək lazımdır ki, müasir dünyada cərəyan edən bütün vacib proseslərin kökündə dini faktor dayanır. O cümlədən, Qarabağ münaqişəsinin yaranması və Ermənistanın əsas dövlətlər tərəfindən belə yüksək səviyyədə himayə olunması da xristian təəssübkeşliyindən irəli gəlir. Yəni dünyanın aparıcı ölkələri məhz xristian olduğu üçün Ermənistanı dəstəkləyirlər. Başqa səbəb yoxdur.

Bu gün Azərbaycanın sadəcə, Ermənistan, ya da onun arxasında dayanan Rusiya ilə üz-üzə qaldığını düşünmək doğru deyil – bütün xristian dünyası bizim qarşımızdadır. Məsələyə geniş baxdıqda isə tək xristianlığın deyil, buddizm və iudaizmin də bu gün İslam dininə qarşı cəbhə qurduqlarını görməmək mümkün deyil. İslam coğrafiyasında münaqişələrin ara verməməsi, müsəlman əhalinin müsibətlərə düçar edilməsi təsadüfi deyil. Çox təəssüf ki, əksər müsəlman ölkələrinin liderləri də xristian aləminin İslamı çökdürmək planlarında birbaşa iştirak etməkdədirlər. Əsas məqam budur ki, nə olursa-olsun, xristian dünyasının İslama münasibəti dəyişən deyil.

Böyük İslam alimi Cəmaləddin Əfqani deyirdi ki, dünyada sonuncu məscid dağıdılsa və sonuncu Quran nüsxəsi yandırılsa belə, xristianların müsəlmanlara münasibəti dəyişməyəcək. Çünki ürəklərdəki gerçək inancı dəyişmək mümkün deyil.

Əvvəl SSRİ-nin, sonra isə Qərbin Əfqanıstanda uğur qazana bilməməsinin səbəbi məhz xalqın inanclı olmasıdır. Millətin müqavimət qabiliyyəti onun dini inancındadır – bunu unutmaq olmaz. Ona görə də müsəlmanların inancını sarsıtmaq üçün hər şeyi edirlər. Xristian dünyasının qeyd etdiyim bu yanaşması Qarabağ münaqişəsinə və Azərbaycana münasibətdə özünü ən qabarıq şəkildə göstərir”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

508
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100