Millətlər Liqasında ikinci finalçı müəyyənləşir
Bu gün UEFA Millətlər Liqasında 2-ci finalçı da müəyyənləşəcək.
Yenicag.az xəbər verir ki, Almaniyada təşkil edilən və bir oyundan ibarət olan mərhələnin yarımfinalında İspaniya ilə Fransa üz-üzə gələcək.
“Ştutqart Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qalib gələn tərəf finalda Portuqaliya ilə qarşılaşacaq. Portuqaliya ötən gün Almaniyanı məğlub edərək (2:1) finala çıxıb. Yarımfinalın məğlubları isə 3-cü yer uğrunda yarışacaqlar. Hər iki oyun iyunun 8-də keçiriləcək.
5 iyun
Millətlər Liqası, yarımfinal
23:00.İspaniya – Fransa
4 iyun
Almaniya – Portuqaliya – 1:2