Milli geyimlərimiz dünyanı fəth edir

media-hightechnic-468x90

konHər bir millətin özünəməxsus inkişaf tarixi və mədəniyyəti olur. Bu mədəniyyət xalqın milli mətbəxi, mərasimləri, bayramları və eləcə də milli geyimlərində özünü göstərir.

Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən

biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır.

Azərbaycan milli geyimləri bölgələrə görə seçilir. Milli geyimlər arasında Qarabağ milli geyimləri digər bölgələrlə müqayisədə həm görünüşü, həm tərzi, həm də rəngarəngliyinə görə fərqlənir.

Qarabağın milli geyimləri barədə Azərbaycan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli  müsahibə verdi.

– Könül xanım, Qarabağ geyimlərini digər bölgələrin geyimlərindən fərqləndirən cəhət nədir?

Qarabağ milli geyimləri çox zəngindir. Qarabağ qadınlarının geyimi XIX əsr XX əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel üst geyimindən ibarət idi. Qadın çiyinüstü geyimi üst köynəyindən, arxalıqdan, çəpkəndən olub.

gy

Üst köynəyi- çiyinüstü, düz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət geyimdir. Bu köynəklər əsasən qanovuz və fay ipək parçalarından tikilirdi.

Çəpkən – çiyinüstü, astarlı və yalançı qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi.

Arxalıq – çiyinüstü, uzun, beli ensiz gödəkcədir.
Ləbbadə – çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Qadın bel üst geyimi – bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.

Kişi milli üst geyimi isə – üst köynək, arxalıq və çuxadan (çiyinüstü) ibarət olub. Üst köynəyi- çiyinüstü, düz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət geyimdir.

Arxalıq – çiyinüstü, uzun, beli ensiz gödəkcədir. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.

32

Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar da daxil idi. Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları da aid edilirdi. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür.

Qədim Qarabağ geyimlərinin kəsimləri indi dəbdədir

– Bildirdiniz ki, Qarabağ geyimləri çox zəngindir. Qarabağ geyimlərinin zənginliyi nədədir?

XVIII və XIX əsrlərdə Fransa və İngiltərədən Qarabağa gələn xanımlar Qarabağ qadınların geyiminə və istifadə etdikləri aksesuarlara heyran olurdular. Onlar öz ölkələrinə qayıtdıqdan sonra orada dərc olunan jurnallarda Qarabağ qadınlarının geyindiyi üst geyimlərinin möhtəşəmliyindən yazırdılar. Çəpkənin (üst geyimi) kəsiminə heyran olduqlarını xüsusi olaraq qeyd edirdilər. Çünki həmin çəpkənlər qızıl sapla işlənirdi. Qarabağ geyimlərinin çox gözəl qol və yaxa kəsimi var. Onu da deyim ki, beldən kəsim və qırçın geyimlər indi-indi dəbə minir. Amma 2 əsr bundan əvvəl bu geyim növləri Qarabağda mövcud olub. Qarabağ milli geyimlərinin zənginliyi həmçinin onların bel kəməri və baş örpəklərində olub. Bel kəmərləri əsasən qızıldan olurdu. Baş yaylıqlarının alın hissəsini örtən tərəfi qızıl pullarla bəzədilirdi.

– Bu geyimləri hazırlayarkən parçaları necə əldə edirsiz?

Parçaları əsasən xarici ölkələrdən sifariş veririk. Parçalar gələndən sonra biz geyimlərin formasını saxlamaq şərtilə yeni Qarabağ geyimləri hazırlayırıq.

Yəqin ki, ermənilər milli geyimlərimizə də tamah salacaqlar

– Bəllidir ki, ermənilər tək torpağımıza deyil, həmçinin bizim mədəniyyətə göz dikiblər. Bəs geyimlərimizi necə özününküləşdirmək istəyiblərmi?

Bu gün Azərbaycanın milli geyimləri dünyanın bütün ölkələrində təbliğ olunmağa başlayıb. Etiraf edək ki, bu təbliğata son illərdə start verilib. Milli geyim evi bu gün işğal altında olan torpaqlarımızın – İrəvan, Qarabağ geyimlərini hazırlayaraq bütün dünyaya nümayiş etdirir. Biz hələ 7-9 bölgənin geyimlərini üzə çıxarmışıq. Hələ bu araşdırma daha dərin aparılsa görün, biz nələrə nail olmuş olarıq. Bizim üzə çıxarılası kifayət qədər gözəl geyimlərimiz var. Onları təbliğ etmək lazımdır. Avropalılar Qarabağ çəpkəni, Qarabağ geyimləri haqqında hədsiz yüksək fikirdədirlər. Dəfələrlə fransız modelyerləri Qarabağ çəpkənlərindən söz açıblar. Biz, durmadan desək ki, bu çəpkən bizimdir, yəni təbliğatı sistemli aparsaq, geyimlərimizi yetərincə təbliğ etsək o zaman ermənilər də deyərlər ki, yox, sizin deyil, bizimdir. Amma indi kifayət qədər təbliğat olmadığından görünür, ermənilər üçün milli geyim mövzusu yatıb qalmış mövzudur.

gey1

Ermənilər daim gündəmdə olan mövzulardan oğurluq etmək istəyiblər. Milli geyimlər yeni-yeni gündəmə gəlir. Yəqin ki, onlar bizim bu fəaliyyəti görüb milli geyimlərimizə də tamah salacaqlar.

– Əgər mənfur düşmənimiz olan ermənilər geyimlərimizə əl uzadarlarsa, o zaman biz onlara qarşı necə mübarizə apara bilərik?
Bu gün artıq biz geyimlərimizi dünyaya tanıtdırırıq. Kann festivalında Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Milli Geyimləri gələcəyə doğru” adlı dəfiləsi keçirildi. Həmin dəfilə də əsasən Qarabağ milli geyimləri nümayiş olundu. Dəfiləyə qatılanlar arasında çox güman ki, ermənilərdə olub. Çünki onlar maraq üçün bu dəfiləni izləməyə gəlmişdilər. Bu yaxınlarda Gülüzadə Abdullovanın “Qarabağ geyimləri” adlı kitabı dərc olunubdur. Həmin kitab beynəlxalq təşkilatların dəstəyi ilə Amerikda çap olundu və hazırda dünyanın əksər ölkələrində yayımlanır.

Mən öz adıma deyə bilərəm ki, son beş ildə Qarabağ milli geyimlərini dünyanın əksər ölkələrində -Amerika, Fransa, Çin, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyində nümayiş etdirmişəm. Məndən digər bölgələr deyil, niyə məhz Qarabağ geyimlərini nümayiş etdirməyimi soruşanda onlara deyirəm ki, Qarabağ Azərbaycanın yaralı yeridir. Ona görə də Qarabağ mədəniyyətinin hər bir sahəsini beynəlxalq arenada təbliğ etmək hər bir Azərbaycan vətəndaşənın borcudur.

– Qeyd etdiniz ki, xarici ölkələrdə təşkil olunan dəfilələrdə daha çox Qarabağ milli geyimlərini təbliğ edirsiz. Maraqlıdır, əcnəbilər Qarabağ geyimlərini necə qarşılayır?
Mən deyərdim ki, əcnəbi ölkənin vətəndaşları milli geyimlərimizi çox böyük maraqla qarşılayırlar. Hətta Azərbaycanda fəaliyyət göstərən səfirliklərdə təşkil olunan hansısa bayram zamanı bizdən Qarabağ milli geyimi istəyiblər. Xarici ölkələrdə təhsil alan tələbələrimiz bizə sırf Qarabağ milli geyimini yaşadıqları ölkəyə göndərməklərini istəyiblər. O ölkələrdə keçirilən hər hansı bir tədbir zamanı hər bir xalq öz qədim geyimini nümayiş etdirir. Bizim tələbələr də məhz Qarabağ geyimlərini əcnəbilərə göstərirlər. Doğma Qarabağımızın hər bir ornamentini beynalxalq areneya çıxarırıq.

(karabakhinfo.com)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600