Tramp-Zelenski görüşü gündəmdədir
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə oktyabrın 17-də Ağ Evdə görüşmək planını təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat dərc edib.
Məlumata görə, Zelenski Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, “Tomaqavk” raketlərinin mümkün tədarükü və bir sıra digər mövzuları müzakirə etmək niyyətindədir.
Liderlərin keçən həftə iki telefon danışığı zamanı qaldırılmış məsələləri də müzakirə edəcəyi bildirilir. Konkret olaraq, onlar Ukraynanın enerji infrastrukturuna zərbələr, həmçinin “müəyyən məxfi məsələləri” müzakirə edəcəklər.