Milli ideologiya mövzusunda ictimai müzakirə keçirildi - FOTO

media-hightechnic-468x90

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində ictimai müzakirə təşkil edib.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Ruslan Xəlilov öncə layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verdi. Bildirdi ki, iki ay davam edən layihədə nəzərdə tutulan bütün tədbirlər icra olunub başa çatmaq üzrədir: “Layihə çərçivəsində milli ideologiyanın ayrı-ayrı istiqamətləri üzrə 15 yazı, 5 internet televiziya verilişi hazırlanıb. Verilişlərin hər birində Milli Məclisin deputatları, ölkənin tanınmış ekspertləri iştirak ediblər. Həm yazılar, həm də verilişlər ölkənin aparıcı informasiya saytlarında yaylmlanıb”.

Ruslan Xəlilov daha sonra milli ideologiyanın dövlət və cəmiyyətin formalaşmasındakı rolu, ölkəmizə qarşı ideoloji təhdidlər, informasiya savaşı, milli hədəflər barədə ətraflı çıxış edib.

Tanınmış jurnalist, yazıçı Qurban Yaquboğlu Azərbaycanın milli ideologiyasına yönəlik təxribatlardan danışaraq bildirib ki, bu təhdidlər bir neçə istiqamətdə həyata keçirilir: “Azərbaycan cəmiyyətinin bütövlüyünü, monolitliyini sarsıtmaq üçün din faktorundan daim istifadə olunub. Ölkəmizdə baş verən hər hansı hadisə ətrafında manipulyasiya edən qüvvələr ictimai fikri yönləndirməyə çalışırlar. Onlar daha çox sosial şəbəkələrin, medianın imkanlarından istifadə edərək öz zərərli yanaşmalarını ortaya qoymaqla çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Ölkə ziyalıları, yazıçılar, jurnalistlər bu cür təxribatların baş tutmaması üçün maarifçilik fəaliyyətlərini gücləndirməlidirlər”.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika şöbəsinin müəllimi Nərgiz Cavadzadə milli ideologiyanın qorunmasında, həyata keçirilmsində və təbliğində medianın rolundan danışıb. O, informasiya savaşında ön cəbhədə olan mətbuatın təxribatlara, təhdidlərə qarşı ictimai sayıqlılığın artırılmasındakı rolunu yüksək qiymətləndirib. “Hər bir jurnalist Azərbaycan dövlətinin, cəmiyyətin milli hədəflərini, milli maraqlarını və hədəflərini bilməli, kənar təxribatların, yalan informasiyaların təsiri altına düşməməli, təhdidlərin ifşasında fəallıq göstərməlidir”.

Araşdırmaçı jurnalist Tapdıq Qurbanlı azərbaycançılıq ideologiyasının dövlətçilimizin güclənməsi və cəmiyyətin formalaşmasındakı rolundan danışdı: “Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq milli ideologiyamızın əsasını təşkil edir: “Azərbaycan dövləti milli ideologiyamız üzərində qurulub. Milli ideologiyamızın bir neçə əsas istiqaməti var. Onlardan biri də suverenliyimizin qorunmasıdır. Bu mənada cənab Prezident İlham Əliyev suverenliyimizi təmin edərək milli ideologiyamıza qarşı əsas təhdidi aradan qaldırmış oldu. Bu gün Azərbaycan liderinin müəllifi olduğu sülh təşəbbüsü də milli ideologiyamızda mühüm yer tutur. Dövlətimizin hədəfləri çox aydındır və milli maraqlara, beynəlxalq hüquqa əsaslanır”.

Tədbir müzakirələrlə davam etdirilib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa