Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Yenicag.az xəbər verir ki, iclasın əvvəlində Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək.
Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında” və digər qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq.
Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.
www.yenicag.az