Milli Məclis bu qanun layihəsini qəbul etmədi

media-hightechnic-468x90

88420On iki iyunun qeyri-iş günü elan edilməsi ilə bağlı ölkə başçısı tərəfindən Milli Məclisə göndərilmiş qanun layihəsi qəbul edilməyəcək.

Yenicag.az qafqazinfo-ya istinadən  xəbər verir ki, parlamentin may ayının 15-də keçirilmiş plenar iclasının gündəliyinə məsələ daxil edilsə də, həmin iclasda layihə müzakirə olunmayıb.

Xatırladaq ki, parlamentin sonuncu iclası may ayının 29-da keçiriləcək. Bu iclasda da qanun layihəsinin müzakirə edilməsi nəzərdə tutulmayıb. Beləliklə, Birinci Avropa Oyunlarının açılış mərasimi zamanı dövlət müəssisələrində iş günü olacaq.

Qeyd edək ki, 12 iyunun qeyri-iş günü elan edilməsini oyunların açılış mərasimi zamanı paytaxtda nəqliyyatın hərəkətinin azaldılması ilə əlaqələndirirdilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600