!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli Məclisdə belə bir müzakirələrin təşkilinə o mənada ehtiyac yoxdur ki...” – Millət vəkili

!Reklam – Yazi

“Görülən genişmiqyaslı işlər çərçivəsində vətəndaşlarımızın həmin ərazilərə qayıtması istiqamətində konkret addımlar atılır”.

Bu fikirləri Ermənistanın son sərhəd təxribatından sonra parlamentdə bu məsələyə həsr olunan xüsusi iclasın keçirilməsi zərurətini dəyərləndirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, hökumət işğaldan azad olunmuş ərazilərimizdə dövlətin müəyyənləşdirdiyi strategiya əsasında bərpa-quruculuq işlərini davam etdirir:

“Milli Məclisdə bununla bağlı xüsusi müzakirələrin təşkilinə ehtiyac olduğunu düşünmürəm. Belə bir ehtiyac o mənada yoxdur ki, Azərbaycanda artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb, hökumət orada dövlətin müəyyənləşdirdiyi strategiya əsasında bərpa-quruculuq işlərini həyata keçirir.

Görülən genişmiqyaslı işlər çərçivəsində vətəndaşlarımızın həmin ərazilərə qayıtması istiqamətində konkret addımlar atılır. Yəni dövlət işğaldan azad olunmuş yaşayış məntəqələrimizin, infrastrukturun bərpası, oraya köçürüləcək əhalinin sayının müəyyənləşdirilməsi və digər mühüm işlərlə məşğuldur.

Ermənistan parlamentində hansı məsələnin müzakirəyə çıxarılması, nədən danışmaları artıq onların öz işləridir. Azərbaycanın Qarabağ adlı bir problemi yoxdur. Son sərhəd insidenti Ermənistanın növbəti təxribatı idi və bunun qarşısı alınarkən canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin. Təxribatlarını davam etdirəcəyi təqdirdə, Ermənistan yenə də layiqli cavabını alacaq”.

A.Zeynalov

COP29

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv