Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirilir.
Yenicag.az xəbər verir ki, toplantıda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirə olunur.
Müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər dövlət rəsmiləri, deputatlar iştirak edir.
www.yenicag.az