Milli Məclisin sədri türkiyəli həmkarına başsağlığı verdi

media-hightechnic-468x90

Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı verib.

Parlamentdən Yenicag.az-a verilən məlumata görə, S.Qafarova Mustafa Şentopa ünvanladığı məktubda Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib.

O, TBMM sədrinə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Respublikası Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara şəfa diləklərini ifadə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600