"Milli Məclisin səlahiyyətləri artırılmalıdır" - Partiya sədri

media-hightechnic-468x90

“Milli Məclisin səlahiyyətləri artırılmalıdır”

 

Bunu Azərbaycanda konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi yönündə iddiaların ortaya atılması və bu istiqamətdə gözlənilən addımları Yenicag.az-a şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili deyib.

media-267485

Elşad Musayevin sözlərinə görə, konstitusiya islahatlarına ehtiyac var:

 

“Bu məsələdə mövqelər fərqlidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, ölkədə konstitusiya islahatları aparmaq üçün referenduma ehtiyac var. Hakimiyyət üç qolu arasında münasibətləri yenidən tənzimlənməlidir. Milli Məclisin səlahiyyətləri artırılmalıdır. Hökumət Milli Məclis qarşısında hesabatlı olmalıdır.

Referendum keçirmə məsələsi daha çox hakimiyyətin verəcəyi qərardan asılıdır. Ölkədəki vəziyyət, dünyada gedən proseslər, Azərbaycanın siyasi, iqtisadi durumu nəzərə alınandan sonra adətən referendum keçirilir”.

 

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa