Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Parkda iki bala bəbir aşkarlandı

Həsən Əliyev adına Zəngəzur Milli Parkında daha iki bala bəbirin videogörüntüləri qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-video tələlər vasitəsilə 2019-cu ilin noyabr-dekabr aylarında əldə edilib.

Qeyd edək ki, son illər ərzində Zəngəzur Milli Parkında altı bəbir balası müşahidə olunub.

Sevindiricidir ki, görülən mühafizə tədbirləri nəticəsində Azərbaycan ərazisində nadir fauna növü olan bəbirlərin sayı artır.

Xatırladaq ki, 2012-ci ildən bugünədək aparılan monitorinqlər zamanı Zəngəzur Milli Parkında 13, Hirkan Milli Parkında isə 9 bəbir qeydə alınıb.

Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

www.yenicag.az

387
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100