Milli Şuranın sessiyası harada keçiriləcək?

media-hightechnic-468x90

liokp“Milli Şuranın sessiyasının Tiflisdə keçirilməsi məsələsinə dair qurumun rəhbərliyində hər hansı qərar yoxdur”.

Bunu açıqlmasında Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev deyib.

O bildirib ki, sessiyanın keçirilməməsi yerlə əlaqədar olsa da, bunun üçün Tiflisə getməyə ehtiyac yoxdur: “Əlbəttə, Milli Şuranın bəzi üzvləri sessiyanın keçirilməməsindən narahatdır. Məlumdur ki, problem yerlə bağlıdır. Hara müraciət etsək də razılıq əldə edə bilmirik. Bu səbəbdən də bəzi üzvlər sessiyanın Gürcüstanda keçirilməsi variantı ilə çıxış ediblər. Lakin məsələyə reallıqla yanaşmaq lazımdır. Çünki Milli Şuranın orada sessiya keçirmək imkanı yoxdur”.

O, bu haqda deyilənlərin həqiqətə uyğun olmadığını da söyləyib.
Xatırladaq ki, Milli Şuranın üzvü Namizəd Səfərov mətbuata açıqlamasında sessiyanın Tiflisdə keçiriləcəyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600