Millimiz 10:2 hesabı ilə uduzdu

media-hightechnic-468x90

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində ilk matçını keçirib.

Yenicag.az xəbər verir ki, VII qrupda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi komanda Bosniya və Herseqovina ilə üz-üzə gəlib.

Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan görüş rəqibin 10:2 hesablı qələbəsi ilə nəticələnib.

Bosniya və Herseqovinanın heyətində Bekir Arnaut (3), Ammar Hodziç (2), Oqnyen Markoviç (2), Emir Mustafiç, Kenan Hrştiç və Kenan Azabaqiç fərqləniblər.

Azərbaycan yığmasının qollarını Ədalət Ələkbərovla Bəyoğlan Əlizadə vurublar.

Qeyd edək ki, U-19 növbəti matçını sabah Xorvatiya millisinə qarşı keçirəcək.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600