Millimiz 20 pillə irəliləyib
Çimərlik futbolu üzrə yığma komandaların reytinq siyahısı açıqlanıb.
Azərbaycan millisi yeni siyahıda xeyli irəliləyib. Belə ki, millimiz 20 pilləlik sıçrayış sayəsində hazırda 87 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Komandamızın hesabında 289 reytinq xalı var. Millimiz ötən il 89 ölkə arasında 58-ci olmuşdu.
Reytinq siyahısına Rusiya başçılıq edir (2715 xal). Braziliya ikinci (1880), İsveçrə üçüncüdür (1683)(topnews.az)