Millimiz Belarusa uduzdu

media-hightechnic-468x90

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

Yenicag.az xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gəlib.

Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05