Millimiz qalib gəldi

media-hightechnic-468x90

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə başlayıb.

Yenicag.az xəbər verir ki, B liqasının I qrupunda mübarizə aparan yığma Farer adaları ilə qarşılaşıb. Şimali İrlandiyanın Larn şəhərindəki “İnver Park” stadionunda baş tutan görüş Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində qolları 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurublar.

Qeyd edək ki, bu qrupun digər oyununda ev sahibi Şimali İrlandiya Malta seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.

 

media-ziraat-728x90

Millimiz qalib gəldi

media-hightechnic-468x90

77574Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilir.

Azərbaycan çempionu “Rabitə” mövsümün ilk ev oyununda Kazan “Dinamo”sunu sınağa çəkib.

Bakı klubu doğma meydanda Çempionlar Liqasının son qalibinə qalib gəlib. Oyun “Rabitə” üçün heç də yaxşı başlamayıb. İlk iki setdə uduzan komandamız sonradan özündə güc taparaq bərabərliyi təmin edib. Tay-brekdə də qalib gələn Azərbaycan çempionu 3:2 hesablı qələbəni bayram edib.4

Qeyd edək ki, “Rabitə” ilk turda ilk turda Polşada “Ximik”ə yenilmişdi (0:3). Qrupun digər oyununda Çexiya “Agel”i “Ximik”lə qarşılaşacaq.

Voleybol
Çempionlar Liqası
A qrupu

26 noyabr
Rabitə (Azərbaycan) – Dinamo (Rusiya) 3:2 (22:25; 23:25; 28:26; 25:21; 15:9)
Hakimlər: İvan Lazareviç (Serbiya), Dobromir Dobrev (Bolqarıstan).
Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600