Millimiz qələbə qazandı

media-hightechnic-468x90

Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib.

Yenicag.az xəbər verir ki, U-18 Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Emin Feyzullayev və 56-cı dəqiqədə Rəşad Alışov vurublar.

Qeyd edək ki, komandalar arasında oktyabrın 29-da keçirilən ilk oyunda Monteneqro yığması 2:0 hesablı qələbə qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600