Millimizin futbolçusu Portuqaliya klubunda! – RƏSMİ

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Yenicag.az xəbər verir ki, o, karyerasını Portuqaliyada davam etdirəcək. Millimizin forvardı bu ölkənin “Eştoril” klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Renat müqavilə ilə Almaniyanın “Ayntraxt” klubuna məxsus idi. Renatın “Eştoril”ə transferini “Ayntraxt” da rəsmi saytı vasitəsilə açıqlayıb.

Renatın yeni komandası “Eştoril” son mövsümdə Portuqaliya Premyer Liqasında sonuncu – 18-ci yeri tutaraq elitanı tərk edib.