Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının Qəbələdə keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 17-dən 23-dək təşkil olunacaq toplanışa 24 futbolçu cəlb edilib.
Hazırlıq çərçivəsində U-19-un martın 19-da və 22-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki oyun saat 17:00-da başlayacaq.
Millinin heyəti: Həbib Hüşənov, Ziya Şəkərxanov, Ömər Kərimov (hamısı “Qəbələ”), Ayxan Əlizadə, Seydi Danzıyev, Emin Feyzullayev, Babamirzə Mehdiyev, Əmir Əliyev (hamısı “Sabah”), Aftandil Arıxov, Vüsal Paşayev, Əli Qurbanov, Nihad Orucəli, Toğrul Tapdıqlı (hamısı “Sumqayıt”), Murad Mustafayev, Əli Nəbizadə, Həsən Mahmudlu (hamısı “Neftçi”), Rəşad Alışov, Ömər Həsənli, Elton Babazadə, Hikmət Cəbrayılzadə, Məsud Əlişanlı (hamısı “Qarabağ”), Arzu Mədətov (“Turan Tovuz”), Məmməd Mahmudlu (“Stad Nyon”, İsveçrə), Rauf Qafarov (“Zirə”).
www.yenicag.az