Hazırda Bakıda qəribə mənzərə yaranıb. Dəmir məhəccərlər şəhərin varlı və kasıb təbəqəsi arasında bir sərhəd çəkib.
“Formula-1″in Bakıda keçirilməsinə müvəffəq olan gənclər, idman naziri Azad Rəhimov və sözügedən yarışa məsul oğlu Arif Rəhimov sanki adama “gedin topunuzu başqa yerdə oynayın” deyirlər… Bu həngamədə bir manata şəkil çəkdirdiyimiz Bakı bulvarında belə, indi dəniz havası almağın qiyməti ən azı bir aylıq maaşımız dəyərindədir.
Bu dəqiqələr sərnişin avtobuslarının süründüyü paytaxt küçələrində yarış maşınlarının bir göz qırpımda “yoxa çıxdığı” andır…
Həm də milyonların…
Bu vıyıltıya pərdə arxasından baxanlar da var, küçədə yatanlar da, yarışın tezliklə başa çatıb, rahata qovuşacağı günü gözləyənlər də…
Dəyişməyən reallıq isə ondan ibarətdir ki, Azad Rəhimovun “iş”i irəli getdikcə, idmanımız dala gedir…
Emin Səfərov
Fotolar: Cəmalə Əlizadə
www.yenicag.az