!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mingəçevir İES-də qəzaya görə məsuliyyət daşıyanları 8-12 il cəza gözləyir - Ekspert

!Reklam – Yazi

“Mingəçevir İES-də ölkənin qaranlığa qərq olması ilə sonuclanan hadisədə sui-istifadə halı olubsa, bu zaman onu törədən şəxs və ya şəxsləri 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Ancaq bu təxminidir. Çünki qəzayla bağlı bir çox sahələrə ciddi ziyan dəyib. Ona görə də 3 maddə üzrə açılan cinayət işinin bir qədər genişlənəcəyini də istisna etmək olmaz. Bu səbəbdən hadisə ilə bağlı yaranmış vəziyyətdə əli olanların hansı müddətdə cəzaya məhkum ediləcəyini bəri başdan söyləmək doğru olmazdı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ölkənin enerji təminatında baş verən qəza və onun törətdiyi fəsadlara görə cavabdehlik daşıyan şəxslərin məsuliyyətə cəlb edildiyi halda, neçə il müddətinə azadlıqdan məhrum edilə biləcəklərilə bağlı sualı cavablandırarkən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Hüquqşünas qeyd edib ki, istintaqın gedişində yeni əlavə maddələr də üzə çıxa bilər:

“Ümumiyyətlə hadisə nəticəsində bir çox vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirmək iqtidarında olmadıqlarını nümayiş etdirdilər. Həmin olayla ölkənin enerji təhlükəsizliyi məsələsi sual altına düşdü. Konkret olaraq baş prokuror Zakir Qaralov Prezident yanında keçirilən müşavirədə söylədi ki, fakta görə Cinayət Məcəlləsinin 3 maddəsi üzrə cinayət işi qaldırılıb. Burada söhbət səhlənkarlıq, səlahiyyətdən sui-istifadə etmək və yanğın təhlükəsizlik qaydalarının pozulmasından gedir. Bu hadisənin zahiri əlamətlərinə görə qaldırılan ilkin nəticədir. Peşəkar istintaq qrupu yaradılıb. İstintaq nəticəsində sübutların toplanması prosesi baş verəcəksə, şübhəsiz ki, həm qəzanın baş vermə səbəbləri aydınlaşacaq, həm də birbaşa təqsirkar olan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Hələ ki yalnız fakta görə cinayət işi qaldırılıb. Ona görə də konkret hansı vəzifəli şəxsin təqsirinin nədən ibarət olduğu məlum deyil. Çünki düşünürəm ki, istintaq gedişində qaldırılan maddələrlə yanaşı, digər maddələr üzrə də cinayət işi qaldırıla bilər. Burada mənimsəmə faktının olması da istisna deyil. Alınan avadanlıqların tələblərə nə dərəcədə cavab verdiyi də araşdırma mövzusu ola bilər. Qəza ilə bağlı digər faktorlar da üzə çıxdı. Məlum oldu ki, xəstəxanalarda genertorlar çatmır və ya ümumiyyətlə yoxdur. Məsuliyyətin dərəcəsindən asılı olaraq bəziləri barədə intizam tədbirləri, bəziləri barədə hətta cinayət işi qaldırıla bilər. Hər halda, istintaq və komissiya bu məsələni araşdırdıqdan sonra məsələ ilə bağlı obyektiv qiymət vermək mümkün olacaq”.

Ə.Nuriyev hadisə ilə bağlı çoxsaylı müxtəlif vəzifə sahiblərinin məsuliyyətə cəlb ediləcəyini istisna etməyib:

“Bir çoxları vəzifələrilə vidalaşmalı olacaq. Həmçinin bir çoxları cinayət məsuliyyətinə cəlb olunacaq. Çünki burada dəymiş ziyan məsələsi var. Həmin gün neçə min ton neft, neçə milyon kubmetr qaz istehsal olunmadı. İstehsal texnologiyasının bütöv bir sahəsi dayandı. 10-12 gün lazımdır ki, yenidən işə düşsün. Aliminium sahəsində də anoloji vəziyyət yaranıb. Maddi ziyanla yanaşı, insanlara mənəvi ziyan da dəyib, şok yaşadıb. Burada diversiya hadisəsinin olub-olmaması da araşdırılmalıdır”.

ELÇİN

COP29

www.yenicag.az

3847
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv