Mingəçevirdə 34 yaşlı qadını maşın vurdu
34 yaşlı qadını avtomobil vurub.
Yenicag.az xəbər verir ki, hadisə Mingəçevir şəhərinin Heydər Əliyev prospektində baş verib. Belə ki, “Hyundai” markalı avtomobil hərəkətdə olarkən, yolu keçmık istəyən piyada, 34 yaşlı Tükəz Həsənovanı vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb./unikal












