Mingəçevirdə iyulun 15-də bəzi küçələrdə qaz təchizatı dayandırılacaq

media-hightechnic-468x90

 

 

İyulun 15-də Mingəçevir şəhərinin 12 küçəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd edilir ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısını almaq məqsədilə Mingəçevir qazpaylayıcı stansiyasının “Mingəçevir-1-ci xətt” ölçü qovşağından qidalanan, Kür çayının sol sahilində yerləşən kollektordan H. Əliyev prospektindən məcburi köçkün qəsəbəsinə qədər olan 219 mm diametrli, 5600 p/m uzunluğunda orta təzyiqli daşıyıcı qaz xəttində kompressor (1-atm) vasitəsilə kipliyə sınaq işləri aparılacaq.

Bu səbəbdən iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 3 200 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600