Mingəçevirdə şəhidlərin xatirə kompleksinin açılışı oldu

media-hightechnic-468x90
Noyabr 6-da Mingəçevir şəhərində 44 günlük vətən müharibəsi şəhidi Atiq Ariz oğlu İbrahimovun adına tikilmiş “Şəhidlər Ziyarətgahı”nda “Azərişıq” ASC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi-Aran RETSİ-nin idarə rəsidi Zaur Şirəliyevin layihəsi ilə “Azərişıq” ASC-nin şəhidlərin xatirə kompleksinin açılışı olub.

Yenicag.az xəbər verir ki, tədbirdə çıxış edən Zaur Şirəliyev Müzəffər Əli Baş Komandan Prezident İlham Əliyevin şəhidlərinə qayğısından və onun şəhidlər haqqında söylədiyi ifadələrdən bəhs edib.

Bəli, sonra Ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Atiq İbrahimov 5 xarici dil bilən, 2 lisey, 2 xarici dövlətdə ali təhsil almış vətənpərvər igidlərimizdən biri olub.

O, könüllü olaraq, evdən xəbərsiz müharibəyə getmiş, 16 oktyabr 2020-ci ildə Ağdərədə şəhadətə ucalmışdı. 

Evin tək oğlu olan Atiq İbrahimov subay idi.


media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600