Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
“Unikal”ın məlumatına görə, hadisə Samux küçəsində baş verib. “Opel” markalı minik avtomobili “Vita” markalı mikroavtobus və şirkət mənsubiyyətli kiçik tutumlu ATK markalı yük maşının toqquşması nəticəsində zəncirvari yol qəzası qeydə alınıb.
Hadisə nəticəsində zərər çəkən olmasa da, avtomobillər ciddi zərər görüb və yolda qısamüddətli hərəkət məhdudiyyəti yaranıb.
Faktla bağlı araşdıŕma aparılır.